İspaniyalı fermerlər Madriddə traktorları ilə yolları bağlayırlarbackend

İspaniyalı fermerlər Madriddə traktorları ilə yolları bağlayırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 6-da İspaniyada başlatdıqları etirazlar çərçivəsində minlərlə fermer paytaxt Madriddə toplaşaraq traktorları ilə yolları bağlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Madrid şəhər mərkəzinə 5 əsas yoldan daxil olmaq istəyən fermerlərə Qubernatorluğun qərarı ilə bir çox nöqtədə jandarma və polis müdaxilə edib.

Təxminən 600 traktordan yalnız 50-nin şəhər mərkəzinə girməsinə icazə verildiyi halda, traktorları ilə şəhərdən kənarda qalan fermerlər Madridin dairəvi yollarını trafikə bağlayıblar.

Fermerlərlə təhlükəsizlik qüvvələri arasında zaman-zaman gərginlik yaşanıb.

Digər tərəfdən, şəhər mərkəzində fermerlərin toplaşdığı Müstəqillik Meydanı (Plaza de la Independencia) və ətrafı səhər saatlarından etibarən tamamilə trafikə bağlanıb.

Nümayiş üçün Madridə gələn fermerlər və traktorları ilə meydana çıxan fermerlər Kənd Təsərrüfatı, Qida və Balıqçılıq Nazirliyinin binasına doğru addımlamaq istəyiblər.

Lakin icazə verilən yürüş marşrutundan kənara çıxmaq istəyən fermerlərə polis müdaxilə edib.

Həm şəhərin mərkəzində, həm də ətraf yollarda baş verən hadisələr zamanı saxlanılanlar olub.

Madridin mərkəzində və dairəvi yollarda gözləyən fermerlərin etirazları davam edir.