İsrail hakimiyyəti mülkümüzü müsadirə etməyə çalışır – Erməni Kilsəsindən İDDİAbackend

İsrail hakimiyyəti mülkümüzü müsadirə etməyə çalışır – Erməni Kilsəsindən İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qüds bələdiyyəsi Qüds Erməni Patriarxlığının nəzarətində olan kilsə əmlaklarını müsadirə edib hərraca çıxarmaq istəyir.

İnterpress.az xəbər verir ki, Erməni Apostol Kilsəsinin Qüds Patriarxlığı İsrail hakimiyyətini dini qurumdan “ədalətsiz, məqsədyönlü və çirkli vergilər” toplamaqda ittiham edib.

“Qüds bələdiyyəsi əsrlər boyu Erməni Apostol Kilsəsinin Yeparxiyasına məxsus olan əmlakı 1994-cü ildən bəri yarandığı iddia edilən icma borclarını toplamaq üçün hərraca çıxarmağa çalışır”, – məlumatda bildirilir.

Patriarxlıq İsrailin Baş nazirini, Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Şurasının rəhbərlərini “bələdiyyənin gördüyü bütün hərəkətləri dondurmağa” və vəziyyəti həll etmək üçün 2018-ci il hökumət komitəsi çərçivəsində danışıqları bərpa etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az