İsrail “Hizbullah”ın əsas fiqurlarından birini ÖLDÜRDÜbackend

İsrail “Hizbullah”ın əsas fiqurlarından birini ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail “Hizbullah”ın silah əməliyyatlarını pozan üzvünü məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

İsrail ordusu “Hizbullah” qruplaşmasının üzvü Əbu Əli Salamehin zərərsizləşdirildiyini açıqlayıb.

O, Livanın cənubunda təşkilata məxsus silah anbarına nəzarət əməliyyatlarının qarşısını almaqda və pozmaqda ittiham olunurdu.

Bəyanata əsasən, Yanux kəndində əlaqələndirici zabit kimi fəaliyyət göstərən Salameh “Hizbullah”ın fəaliyyətini koordinasiya edib.

O, terror infrastrukturunu mülki ərazilərə yerləşdirməkdə və yerli sakinlərdən öz məqsədləri üçün istifadə etməkdə günahkar bilinir.

Məlumata görə, 2025-ci il dekabrın 13-də İsrail Livan hakimiyyətindən Yanux kəndindəki “Hizbullah” silah anbarının təhlükəsizliyini təmin etməyi tələb edib.

Salameh bu barədə məlumatı ötürdükdən sonra qruplaşma üzvləri infrastrukturun sökülməsinə mane olublar və silahları ərazidən çıxarıblar.

Xuraman Etibarlı

İnterpress.az