Hizbullahın rabitə şəbəkələri departamentinin rəhbəri Məhəmməd Rəşid Səqafi öldürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, oktyabrın 3-də İsrailin Beyruta endirdiyi zərbə zamanı Hizbullahın rabitə şəbəkələri departamentinin rəhbəri Məhəmməd Rəşid Səqafi öldürülüb.
Qeyd edilir ki, Səqafi 2000-ci ildən Hizbullahın kommunikasiya şəbəkələrinin idarə olunmasına cavabdehdir.
Eyni zamanda, departament təşkilat daxilində daimi məlumat axınına cavabdehdir.
Xuraman Etibarlı
İnterpress.az