İsrail illərlə Tehrandakı yol kameralarına nəzarət edib — ŞOK İDDİAbackend

İsrail illərlə Tehrandakı yol kameralarına nəzarət edib — ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail İranın Ali liderinin ətrafını tam nəzarətdə saxlayırmış.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

İsrail kəşfiyyatı uzun illər ərzində Tehranın bütün yol kameralarını sındıraraq nəzarətə götürüb.

Bu imkan sayəsində İsrail tərəfi İranın Ali lideri Ayətullah Əli Xameneinin iqamətgahı yaxınlığında onun mühafizəçilərinin bütün yerdəyişmələrini izləyə bilib.

Məlumata görə, İsrail həmçinin binanın yaxınlığındakı telefon qüllələrinin fəaliyyətini pozmağa da nail olub.

Nəticədə rabitə xətləri qəsdən məşğul edilib və Xameneinin mühafizə xidmətinin əməkdaşları hər hansı təhlükə barədə lazımi xəbərdarlıqları vaxtında ala bilməyiblər.

Bu genişmiqyaslı kiber-müdaxilə İsrailə İranın ən yüksək səviyyəli təhlükəsizlik sistemlərinə sızmaq və mühüm hədəfləri addım-addım təqib etmək imkanı verib.

Xuraman Etibarlı

İnterpress.az