İsrail İranda “Bəsic” qərargahlarını DARMADAĞIN ETDİ – VİDEObackend

İsrail İranda “Bəsic” qərargahlarını DARMADAĞIN ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu İranda “Bəsic” və daxili təhlükəsizlik qüvvələrinin strateji obyektlərini məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu son bir həftə ərzində İranın daxili təhlükəsizlik qüvvələrinin və “Bəsic” (milis dəstələri) infrastrukturuna qarşı bütün ölkə ərazisində zərbələrini kəskin şəkildə artırıb.

Məlumata görə, əməliyyatlar zamanı xüsusilə İranın qərbində yerləşən İlam əyalətindəki hədəflər sıradan çıxarılıb.

Həmin əyalətdə məhv edilən obyektlər arasında daxili təhlükəsizlik qüvvələrinin baş komandanlığı, İran mərkəzi kəşfiyyat xidmətinin qərargahı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) etirazların yatırılmasına cavabdeh olan taborlarının komandanlıq mərkəzi yer alır.

Bundan əlavə, daxili təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlı bölməsinin komandanlığı, “Bəsic” bölmələrinin bir neçə qərargahı və SEPAH-ın digər mühüm infrastrukturları darmadağın edilib.

Bildirilir ki, bu zərbələr İranın daxili təhlükəsizlik və nəzarət sisteminə ciddi ziyan vurub.

Xuraman Etibarlı

İnterpress.az