İsrail Livanla müharibəyə HAZIRLAŞIR: 450 min ehtiyatda olan hərbçi orduya ÇAĞIRILA BİLƏRbackend

İsrail Livanla müharibəyə HAZIRLAŞIR: 450 min ehtiyatda olan hərbçi orduya ÇAĞIRILA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Livanda quru əməliyyatı üçün 450 min ehtiyatda olan hərbçini səfərbər edə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Kan News” məlumat yayıb.

İsrail tezliklə Livanda mümkün quru əməliyyatına hazırlıq çərçivəsində 450 minədək ehtiyatda olan hərbçinin səfərbərliyə alınmasını təsdiqləyə bilər.

Səfərbərliklə bağlı sorğu İsrail Müdafiə Ordusu (ÇAXAL) və müdafiə idarəsi tərəfindən verilib.

Məlumata görə, bu tələbə hökumət, həmçinin Knessetin Xarici işlər və müdafiə komitəsi tərəfindən baxılacaq.

Əlavə olaraq qeyd edək ki, hazırda İsraildə ehtiyatda olan hərbçilərin çağırış limiti 260 min nəfər təşkil edir.

Bu hədd hərbi əməliyyatları dəstəkləmək məqsədilə cari ilin yanvar ayında müəyyən edilmişdi. İndi isə quru əməliyyatı riski bu rəqəmin kəskin şəkildə artırılmasını zəruri edir.

Xuraman Etibarlı

İnterpress.az