İsrail ordusu HƏMAS-ın əsas fiqurlarını məhv etdi: 7 oktyabr hücumunun iştirakçısı da öldürüldü
İnterpress.az xəbər verir ki, İsrail ordusu və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağında xüsusi əməliyyat keçirib.
Məlumata görə, Qəzzadan həyata keçirilən uğursuz mərmi atışına cavab olaraq HƏMAS-ın obyektlərinə nöqtəvi zərbələr endirilib.
Nəticədə qruplaşmanın tank əleyhinə bölməsinin komandiri Kamal Abd ar-Rəhman Məhəmməd Avad, silahlanma üzrə əsas mütəxəssis Əhməd Tabet və 2023-cü ilin 7 oktyabrında “Nova” festivalına hücumda iştirak edən Əhməd Abd əl-Fəttah Səid Maqdalavi zərərsizləşdirilib.
Bundan əlavə, Qəzzanın şimalında komanda-idarəetmə məntəqəsi, 8 tunel, 2 silah sexi və 3 silah anbarı sıradan çıxarılıb.
Xuraman Etibarlı
İnterpress.az






