İsrail ordusunun HƏMAS-ın qərargahına endirdiyi zərbənin hədəfi Məhəmməd Sinvar olub.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu Baş Təhlükəsizlik Xidməti (Şabak) ilə birlikdə Qəzza zolağının cənubunda HƏMAS-ın infrastrukturuna qarşı məqsədyönlü əməliyyat keçirib.
Qeyd olunur ki, zərbə Qəzza zolağının cənubundakı Xan Yunisdəki Avropa xəstəxanasının altında yerləşən yeraltı komanda-nəzarət kompleksinə endirilib.
İsrail telekanalı 12-nin məlumatına görə, zərbənin əsas hədəfi ləğv edilmiş Yəhya Sinvarın qardaşı, HƏMAS hərbi qanadının hazırkı rəhbəri Məhəmməd Sinvar olub.
Xuraman Etibarlı
İnterpress.az