İsrail ordusu Livanın cənubundakı sakinləri evləri tərk etməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
İsrail ordusunun sözçüsü Haqari Livanın cənubundakı sakinləri “Hizbullah”ın raket qurğuları və sursat da daxil olmaqla silah gizlətdiyi evləri tərk etməyə çağırıb.
“Biz Livanda hücuma başladıq. Ona görə ki, “Hizbullah”ın mülki ərazilərdən atılan qanadlı raketlərlə İsrail vətəndaşlarına hücum etmək niyyətində olduğu barədə məlumat aldıq. Cənubi Livanda hücumlar yaxın gələcəkdə də davam edəcək”, – o əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az