İsrail ordusu oktyabrın 7-də qaçırılan 52 yaşlı Fərhan Qadi HƏMAS-ın əsirliyindən xilas edib.
interpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İsrail ordusu və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) əməliyyatı zamanı oktyabrın 7-də qaçırılan 52 yaşlı Fərhan Qadi Qəzza zolağında HƏMAS-ın əsirliyindən xilas edilib.
Onun səhhəti normaldır və o, tibbi müayinədən keçmək üçün xəstəxanaya köçürülüb.
Xuraman Etibarlı
İnterpress.az