Bu səhər tezdən İsrail ordusu Kabatiya şəhərindən olan terrorçu qatil Əhməd Əbu Rabın evini partladıb.
İnterpress.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (CAHAL) səhər saatlarında xüsusi əməliyyat keçirib.
Məlumata görə, hərbçilər Kabatiya şəhərində terrorçu Əhməd Əbu Rabın evini partlayıcı maddələrlə dağıdıblar.
Həmin şəxs təxminən ay yarım əvvəl Beyt-Şean, Eyn-Harod və Afula bölgələrində silsilə hücumlar həyata keçirmişdi.
O, avtomobili insanların üzərinə sürərək və bıçaqla hücum edərək terror aktı törətməkdə ittiham olunurdu.
Xuraman Etibarlı
İnterpress.az






