İsrail ordusunun Beyruta endirdiyi zərbələrin DƏHŞƏTLİ KADRLARI yayıldı – VİDEObackend

İsrail ordusunun Beyruta endirdiyi zərbələrin DƏHŞƏTLİ KADRLARI yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Beyrutun mərkəzinə zərbə endirib, partlayış anının görüntüləri yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələrinin əl-Başura məhəlləsinə endirdiyi zərbədən sonra Beyrutun mərkəzi hissəsində baş verən güclü partlayışın kadrları yayılıb.

Məlumata görə, hücumdan əvvəl İsrail Müdafiə Ordusu (ÇAXAL) ərazi sakinlərinə məhəllədə yerləşən “Hizbullah” obyektinə planlaşdırılan zərbə ilə bağlı rəsmi xəbərdarlıq göndərmişdi.

Qeyd edək ki, son zamanlar İsrail ordusu və “Hizbullah” qruplaşması arasında hərbi toqquşmaların intensivləşməsi Livan paytaxtında, eləcə də sərhədyanı bölgələrdə vəziyyəti xeyli gərginləşdirib.

İsrail ordusu mülki əhaliyə zərər vurmamaq üçün əvvəlcədən xəbərdarlıq etdiyini bildirsə də, sıx məskunlaşılmış ərazilərə endirilən zərbələr böyük dağıntılara və dinc sakinlər arasında ciddi təşvişə səbəb olur.

Xuraman Etibarlı

İnterpress.az