İsrail qüvvələri HƏMAS-ı tərifləyən və terrora təşviq edən fələstinli gənci saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Polisinin mətbuat xidməti məlumat yayıb.
İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilində keçirdiyi əməliyyat nəticəsində Beyt-Sahur şəhər sakini olan 22 yaşlı fələstinli saxlanılıb.
O, terrora təşviq etməkdə və HƏMAS terror təşkilatını mədh etməkdə şübhəli bilinir.
İstintaqın məlumatına görə, saxlanılan şəxs sosial şəbəkələrdə İsrail əleyhinə nifrət dolu paylaşımlar edib və HƏMAS rəhbərlərini tərifləyib.
Onun yayımladığı materiallar arasında 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna edilən hücumu və silahlıların müdaxiləsini tərifləyən təbliğat xarakterli videoçarx da aşkar edilib.
Hazırda faktla bağlı təhqiqat davam edir.
Xuraman Etibarlı
İnterpress.az






