İsrail prezidenti Ərdoğanın sözlərinə CAVAB VERDİbackend

İsrail prezidenti Ərdoğanın sözlərinə CAVAB VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail prezidenti Ərdoğanın sözlərinə cavab verib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, İsrail prezidenti İsaak Hersoq Rəcəb Tayyib Ərdoğanın sözlərinə cavab olaraq İsrailin Türkiyəyə qarşı heç vaxt hərbi planlarının olmadığını deyib.

“Əksinə, bizim Türkiyə xalqına böyük hörmətimiz var, onların da İsrail xalqına böyük hörməti var.

Bizim xalqlar arasında çoxillik əlaqələrimiz var, xalqlar dostluq və birgəyaşayış əleyhinə olan bütün səslərə qalib gələcək”, – Hersoq vurğulayıb.

Xatırladaq ki, oktyabrın 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə xəbərdarlıq edib.

“Mən İsrailə açıq şəkildə xəbərdarlıq edirəm ki, Livanın müdafiəsi bütün dünyadan təcrid olunmuş müdafiəsiz Qəzzanın müdafiəsi kimi olmayacaq.

Fələstin və Livandan sonra İsrail hökumətinin hədəfi bizim torpaqlarımızdır”, – o deyib.

Xuraman Etibarlı

İnterpress.az