İsrail Qəzzaya Qətər, BMT və digər ölkələrin yığma mobil evlər və sığınacaqlar göndərmək tələblərini rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb
Bilsirilir ki, İsrail Qəzzaya Qətər, BMT və digər ölkələrin yığma mobil evlər və sığınacaqlar göndərmək tələblərini rədd edərək, atəşkəsi pozub.
İsrail bütün tələbləri “səbəbsiz” rədd edib.
“Bir çox ölkələr kömək etməyə hazırdır, lakin İsrailin əməkdaşlığı həlledicidir”, – diplomat bildirib.
HƏMAS və İsrail arasında atəşkəs razılaşmasına əsasən, Qəzzaya 60 min mobil ev çatdırılmalı idi. Lakin sonda heç bir ev də Qəzza zolağının sərhədini keçmək üçün İsraildən icazə almayıb.
Bundan əlavə, atəşkəs qüvvəyə mindiyi gündən fələstinlilərə 200 min çadır əvəzinə 20 min çadır verilib.
Xuraman Etibarlı
İnterpress.az