İsrail qüvvələri Hizbullahın silah anbarlarını MƏHV ETDİ – VİDEObackend

İsrail qüvvələri Hizbullahın silah anbarlarını MƏHV ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələri Livanın cənubunda Hizbullahın silah anbarlarını məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, İsrail ordusu Livanın cənubunda əməliyyatlarını davam etdirir, Hizbullahın infrastrukturunun dağıdılmasını tamamlayır, silah və sursat anbarlarını məhv edir.

Reydlərin birində minaatan mərmiləri, raketlər və digər silahların saxlanıldığı bir neçə silah anbarı aşkar edilib. Silah anbarları partladılıb.

Qapalı hərbi zona elan edilən ərazilərdə bir neçə Hizbullah yaraqlısının öldürüldüyü və şübhəlilərin saxlanıldığı da bildirilib.

Xuraman Etibarlı

İnterpress.az