İsrail sabah Ukraynaya 117 portativ generator BAĞIŞLAYACAQ – FOTObackend

İsrail sabah Ukraynaya 117 portativ generator BAĞIŞLAYACAQ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Ukraynaya 117 portativ generator təhvil verəcək.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri məlumat yayıb.

İsrail sabah Ukraynaya 117 ədəd portativ generator təqdim edəcək. Bu barədə məlumatı İsrailin xarici işlər naziri Qideon Saar Ukrayna Yəhudi İcmaları Federasiyasının sədri ravvin Stamblerlə telefon danışığı zamanı bildirib.

Söhbət əsnasında nazir Saar Ukraynadakı ümumi vəziyyət və ölkədəki yəhudi icmalarının durumu ilə maraqlanıb.

Həmçinin nazir icma üzvlərini yaxınlaşan Purim bayramı münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.

Yardım paketinin ölkədəki enerji ehtiyaclarının qarşılanmasına dəstək məqsədi daşıdığı vurğulanıb.

Xuraman Etibarlı

İnterpress.az