İsraildə HƏMAS-a bağlı gizli şəbəkə İFŞA EDİLDİbackend

İsraildə HƏMAS-a bağlı gizli şəbəkə İFŞA EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə HƏMAS-a işləyən dəstə ifşa olunub.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb. Məlumata görə, Türkiyədən idarə olunan şəbəkə kriptovalyuta vasitəsilə maliyyələşərək İordan çayının qərb sahilinə silah ötürüb.

İsrail təhlükəsizlik qüvvələrinin son həftələrdə keçirdiyi birgə əməliyyat nəticəsində HƏMAS adından fəaliyyət göstərən qrup zərərsizləşdirilib. Əməliyyat çərçivəsində Kfar-Kasem və Rahat sakini olan bir neçə İsrail vətəndaşı saxlanılıb.

Məlumata görə, şübhəlilər hazırda Türkiyədə yaşayan və HƏMAS adından fəaliyyət göstərən İsrail vətəndaşı Əhməd Sarsurun göstərişi ilə hərəkət ediblər.

İstintaq zamanı müəyyən edilib ki, dəstə İordan çayının qərb sahilinə silah və yüz minlərlə şekel məbləğində pul ötürülməsi ilə məşğul olub. Bu vəsaitlərin terror aktlarının təşkili üçün yaraqlıların əlinə keçə biləcəyi bildirilir.

Qeyd olunur ki, əslən Kfar-Kasemdən olan Əhməd Sarsur bu şəbəkəni qurmaq üçün doğma şəhərindəki ailə və dostluq əlaqələrindən istifadə edib.

Türkiyədən İsrailə pul köçürmələri kriptovalyutalar vasitəsilə həyata keçirilib. İsraildəki mübadilə məntəqələrində kriptovalyuta nağd pula çevrilib, daha sonra bu vəsaitlə silah alınaraq qərb sahilinə çatdırılıb.

Xuraman Etibarlı

İnterpress.az