İsraildə İrana casusluq edən 7 nəfər HƏBS EDİLDİbackend

İsraildə İrana casusluq edən 7 nəfər HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə 7 nəfər İrana casusluq etməkdə şübhəli bilinərək həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Times of Israel” qəzeti məlumat yayıb.

Şübhəlilərin hamısı İsrail vətəndaşıdır.

Onlar Müdafiə Nazirliyinin Tel-Əvivdəki şəhərciyi, İsrail ordusunun “Dəmir Günbəz” batareyalarının yerləşdiyi yerlər – 2 hava baza və məntəqələrində fotoşəkil çəkmək və məlumat toplamaqda ittiham olunurlar.

Xuraman Etibarlı

İnterpress.az