İsraildə İŞİD tərəfdarı SAXLANILDI – VİDEObackend

İsraildə İŞİD tərəfdarı SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə İordan çayının qərb sahili yaraqlılarına məlumat ötürən İŞİD tərəfdarı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb.

İsrail polisi və Şin Bet təhlükəsizlik xidməti İsrailin mərkəzində yerləşən Tayba şəhərinin sakini, 21 yaşlı Kamel Nasefi terror fəaliyyətində şübhəli bilinərək saxlayıb.

Onun İŞİD-ə beyət etdiyi və yəhudi dövlətinin təhlükəsizlik qüvvələrinin fəaliyyəti ilə bağlı İordan çayının qərb sahilindəki yaraqlılara məlumat ötürdüyü qeyd edilir.

Dindirilmə zamanı məlum olub ki, saxlanılan şəxs sosial şəbəkələr vasitəsilə İŞİD üzvləri ilə əlaqə saxlayıb. Həmçinin İsrail təhlükəsizlik qüvvələrinin Tulkərmə gedən yolda hərəkətlərini lentə alaraq Fələstin yaraqlılarına ötürüb.

Xuraman Etibarlı

İnterpress.az