İsraildə İŞİD tərəfindən planlaşdırılan terror cəhdinin QARŞISI ALINDI – VİDEObackend

İsraildə İŞİD tərəfindən planlaşdırılan terror cəhdinin QARŞISI ALINDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə İŞİD hücrəsi tərəfindən planlaşdırılan terror cəhdinin qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Bildirilir ki, İsrailin Baş Təhlükəsizlik Xidməti (Şin Bet) İsrailin Taiba şəhərinin 5 sakininin Təl-Əvivdəki böyük Azrieli ticarət mərkəzində partlayıcı qurğu ilə terror hücumuna cəhdin qarşısını alıb.

Onların İŞİD-lə əlaqəli hüceyrə yaratdıqları qeyd edilir.

Təhlükəsizlik qüvvələri kamerada gizli araşdırma aparıb, nəticədə onlar müxtəlif silah-sursat saxlayaraq yaxalanıblar.

İstintaq göstərir ki, şübhəlilər Suriyadakı terror hücumlarının videolarına baxıblar və Azrieli Qüllələrinin sökülməsi üçün lazım olan partlayıcı maddələrin miqdarını müzakirə ediblər.

Xuraman Etibarlı

İnterpress.az