İstanbul-Barselona reysində həyəcan: Wi-Fi adı təyyarədə təşviş yaratdı
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbuldan Barselonaya uçan təyyarədə sərnişinin etdiyi uğursuz zarafat ciddi narahatlığa səbəb olub.
“Turkish Airlines”a məxsus TK1853 nömrəli reyslə hərəkət edən təyyarə Barselonaya eniş edərkən sərnişinlərdən biri mobil cihazında “partlayış təhlükəsi” (bomb threat) adlı Wi-Fi giriş nöqtəsi yaradıb.
Bu addım dərhal təhlükəsizlik xidmətlərini hərəkətə keçirib. Ekipaj vəziyyətlə bağlı lazımi tədbirlər görüb və təyyarə hava limanına təhlükəsiz şəkildə eniş edib.
Təyyarə yerə endikdən sonra aidiyyəti orqanlar beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına uyğun olaraq təyyarədə yoxlamalara başlayıblar.

Xuraman Etibarlı
İnterpress.az






