İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş edib.
İnterpress.az xəbər verir ki, təyyarədə olan bütün sərnişinlər hava limanının binasına təxliyə edilib.
Təcili enişin ilkin səbəbi uçuş zamanı təyyarənin sıradan çıxmasıdır.
KİV-in məlumatına görə, saat 19:45-də təyyarədə olan sərnişinlərə Həştərxanda planlaşdırılmamış eniş barədə havada məlumat verilib.
Sərnişinlərin sözlərinə görə, Aeroflot nümayəndələri əmin edirlər ki, Moskvadan başqa bir reys səhər saat 2-də gəlib hamını paytaxta aparmalıdır.
Xuraman Etibarlı
İnterpress.az