Bakırköyda rus turisti soyan əlcəzairlilər hava limanında yaxalanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbulun Bakırköy rayonunda rusiyalı turisti aldadan və onun 25 min avro (təxminən 46 000 manat) pulunu oğurlayan Əlcəzair vətəndaşları saxlanılıb.
Məlumata görə, şübhəlilər turistin pulunu gödəkçədə gizlədərək hiylə yolu ilə ələ keçiriblər.
Cinayəti törətdikdən sonra ölkədən qaçmağa çalışan şübhəlilər təyyarəyə minməzdən bir neçə dəqiqə əvvəl hava limanında hüquq-mühafizə orqanları tərəfindən yaxalanıblar.
Oğurlanan vəsait geri qaytarılıb, faktla bağlı araşdırmalar davam edir.
Xuraman Etibarlı
İnterpress.az






