İsveç polisi Göteborqda İsrail obyekti yaxınlığında baş verən atışma ilə bağlı araşdırma aparır.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
İsveç polisi İsrailin cənubundakı Göteborq şəhərindəki obyektin yaxınlığında baş verən atışma ilə bağlı təhqiqat başlatdıqlarını bildirib.
Yerli medianın məlumatına görə, atışma İsrailin ən böyük müdafiə konserni olan Elbit Systems-ə məxsus ərazidəki obyektin yaxınlığında baş verib.
Qeyd olunur ki, şübhəli şəxs hadisə yerində saxlanılıb, adam öldürməyə cəhd və silahla ağır cinayətlə bağlı ilkin araşdırmalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az