İsveçdə Quranın yandırılmasına qarşı çıxan şəxsə polis hücum edibbackend

İsveçdə Quranın yandırılmasına qarşı çıxan şəxsə polis hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin paytaxtı Stokholmda göz yaşları içində Quranın yandırılmasının qarşısını almağa çalışan şəxs polisin hücumuna məruz qalıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pakistanlı Malik Şahza Quranı yandırmağa çalışan şəxsə niyə belə etdiyini soruşub.

O, xüsusən də Pakistan Səfirliyinin qarşısında Quran yandırılmasına niyə icazə verildiyi və polisin niyə bunun qarşısının almadığı barədə suallar ünvanlayıb.

Bundan sonra o, ərazidə xidmət aparan polis əməkdaşlarının hücumuna məruz qalıb və M.Şahza ərazidən uzaqlaşdırılaraq qısa müddətə saxlanılıb.

Sərbəst buraxıldıqdan sonra Şahza Qurani-Kərimə hücumların onun səhhətini pisləşdirdiyini deyib.