İsveçrə müharibə başlayandan bəri ilk dəfə Ukrayna vətəndaşlarını deportasiya edib.
İnterpress.az xəbər verir ki, bu barədə NZZ qəzeti məlumat yayıb.
İsveçrədə cinayət törətmiş üç ukraynalı Sürixdən çarter reysi ilə Ukraynaya qovulub.
Nəşrin fikrincə, deportasiya yalnız ağır cinayətlərlə əlaqələndirilə bilər.
Xuraman Etibarlı
İnterpress.az