İsveçrədə ermənilərin “Martuni oyunu”nun qarşısı belə alındıbackend

İsveçrədə ermənilərin “Martuni oyunu”nun qarşısı belə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Azərbaycanlılarının  Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov İsveçrədə yaşayan ermənilərin növbəti təxribatının qarşısını alıb.

Bu barədə danışan Qasım Nəsirov bildirib ki, təxribat noyabrın 22-də həyata keçiriləcəkdi:

“Belə ki, noyabrın 22-də İsveçrənin Bazel şəhərində yerləşən kilsədə böyük simfonik konsert keçirilməsi nəzərdə tutulmuşdu. Konsertin sonunda Bazel simfonik orkestri “Martuni rayonunun xəstəxanasının bombalanması zamanı xəsarət görənlərə” yardım adı altında maddi dəstək toplayacaqdı. Konsertin adı da “Artsax” (Qarabağ) Ermənistan idi”.


Azərbaycanlı diaspor rəhbəri bununla bağlı dərhal hərəkətə keçib:

“Biləndə ki, konsertin əvvəlində çox nüfuzlu erməni lobbisinin rəhbəri Sarkis Şahinyan çıxış edəcək, dərhal kilsənin rəhbəri ilə əlaqə saxladım. Bildirdim ki, bunlar siyasi yolla sizdən istifadə etmək istəyirlər. Kilsə rəhbərliyi gerçəyi öyrənən kimi konsertin keçirilməsinə 2 gün qalmış onu ləğv etdilər. Diaspor üzvləri də məktub yazıb göndərdilər. Bununla da ermənilərin təxribatının qarşısını ala bildik”

 

İnterpress.az