İtaliyada casusluq QALMAQALI: Keçmiş xüsusi xidmət əməkdaşları SAXLANILDIbackend

İtaliyada casusluq QALMAQALI: Keçmiş xüsusi xidmət əməkdaşları SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada Rusiyaya casusluqda şübhəli bilinən keçmiş Müdafiə Nazirliyi əməkdaşları saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

İtaliyanın paytaxtı Romada ölkənin Müdafiə Nazirliyində uzun illər çalışmış iki keçmiş xüsusi xidmət əməkdaşı Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Nəşrin məlumatına görə, saxlanılan şəxslər on ildən artıq müddətdə İtaliya Müdafiə Nazirliyində fəaliyyət göstəriblər və Rusiyaya milli təhlükəsizlik məsələləri ilə bağlı məxfi məlumatlar ötürməkdə ittiham olunurlar.

İstintaq materiallarına əsasən, şübhəlilər Romadakı Rusiya səfirliyinin əməkdaşlarından biri ilə əlaqə saxlayıblar.

Bildirilir ki, cinayət işi üzrə ümumilikdə dörd nəfərin adı keçir. Bundan başqa, İtaliya Müdafiə Nazirliyinin daha iki əməkdaşı barəsində də istintaq aparılır.

Xuraman Etibarlı

İnterpress.az