İtaliyanın baş naziri Trampa Avropaya tarifləri qaldırmağı təklif edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası yazıb. Bildirilir ki, aprelin 17-də İtaliyanın baş naziri Ciorcia Meloni ABŞ-yə gedəcək.
O, Ağ Evə səfər zamanı Trampa Aİ ölkələrinin Amerikadan silah və qaz alışını artırması müqabilində Avropaya tarifləri qaldırmağı təklif edəcək.
Xuraman Etibarlı
İnterpress.az