İtə rəhmsiz rəftar göstərənlərin müəyyən edilməsi ilə bağlı araşdırmaya başlanıldı – Videobackend

İtə rəhmsiz rəftar göstərənlərin müəyyən edilməsi ilə bağlı araşdırmaya başlanıldı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır.

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və  təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.