İxtisas seçimi başladı: Abituriyentlər nələri bilməlidirlər?backend

İxtisas seçimi başladı: Abituriyentlər nələri bilməlidirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən abituriyentlər ixtisas seçiminə başlayır. Bu, onların gələcək həyatlarına yön verəcək mühüm seçimdir.

Bəs onlar indiki mərhələdə xüsusilə nələri nəzərə almalı, ixtisas-peşə seçimini necə, hansı meyarlar əsasında aparmalıdırlar?

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Xəzər Babayev Bakupost.az-a bildirib ki, bu sahədə mütəxəssis olduğunu deyən şəxslər sosial şəbəkələrdə özlərini reklam edərək abituriyentlərə dəstək olacaqlarını elan edirlər:

“Təbii ki, bu xidməti ödəniş qarşılığında göstərirlər. Çox təəssüflər olsun ki, bu ixtisas seçimləri bir çox hallarda yalnız mexaniki olaraq həyata keçirilir. Belə ki, abituriyentin topladığı bala baxılaraq, onun qəbul ola biləcəyi ixtisasların keçənilki qəbul balları nəzərə alınaraq ona uyğun, ehtimala dayanaraq həyata keçirilir. Məsələn deyək ki, şagird 3-cü qrup üzrə 550 bal toplayıb. Bu zaman bu qrupda olan ixtisasların keçid ballarına baxılır və təxmini 40-50 bal aşağı-yuxarı olmaqla kodlaşdırma aparılır. Demək olar ki, bu mexaniki ixtisas seçimidir,”.

Bəs ixtisas seçimi necə edilməlidir, nələr nəzərə alınmalıdır?

Təhsil eksperti hesab edir ki, abituriyentlərin seçiminə görə universitetlər də məsuliyyət daşıyır:

“Ali təhsil ocaqları il ərzində özlərini, ixtisaslarını və bu ixtisasların özəlliklərini, perspektivlərini geniş şəkildə ictimaiyyətə təqdim etməlidirlər. Təəssüf ki, bunu edən ali təhsil ocaqlarının sayı barmaqla sayılacaq qədər azdır. Məsələn, ADA , BMU, Qərbi Kaspi Universiteti buna misal ola bilər.

Bəs abituriyent ixtisas seçərkən universitetin hansı xüsusiyyətlərinə diqqət etməlidir?

Xəzər Babayev deyir ki, universitetin iş dünyasına, təşkilatlara, şirkətlərlə əlaqələrinə, nüfuzlu reytinq təşkilatlarının sıralarındakı yerinə, xarici dilləri tədrisi səviyyəsinə, innovasiyaları nə dərəcədə izləməsinə, tədris proqramını yeni çağırışlara uyğunlaşdırmasına, məsələn, nanotexnologiyalar, “blokchang” və s. yeniliklər barədə bilgiləri verib-vermədiyinə baxmaq lazımdır:

“Şübhəsiz, bu siyahını uzatmaq olar, ancaq ən azı minimal göstəriciləri nəzərə alınmalıdır. Universitetlər də özlərini yeni çağırışlara uyğunladırmalıdır”, – deyə ekspert bildirib.

İxtisas seçimi başladı: Abituriyentlər nələri bilməlidirlər?