Ermənistan İranın daha bir peyki ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə ingilisdilli “Jewish News Syndicate” xəbər agentliyi özünün analitik məqaləsində yazır.
İsrail Ermənistanın İranın növbəti peykinə çevrilməsində və yəhudi dövlətinə qarşı müharibədə istifadə olunmasında maraqlı deyil.
Müəllifin fikrincə, “Ermənistan vasitəsilə İrana potensial hərbi texnologiya və ya silah ötürülməsi İsrailin milli təhlükəsizliyinə birbaşa təhdid yarada bilər. İran xüsusi xidmət orqanlarının erməni millətçiliyini İsrailə qarşı yönəltmək cəhdləri Qüds üçün heç də az təhlükəli deyil”.
Qeyd olunur ki, Ermənistanla Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşması İsrailin də maraqlarına cavab verir. Çünki bu, “Rusiya Federasiyası və İranın Cənubi Qafqazda təsirini azaltmağa kömək edir”.
Xuraman Etibarlı
İnterpress.az