Jurnalist Sedef Kabaş AZADLIĞA ÇIXDI: Ona ölkədən çıxış qadağası QOYULDUbackend

Jurnalist Sedef Kabaş AZADLIĞA ÇIXDI: Ona ölkədən çıxış qadağası QOYULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Sedef Kabaş məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Anadolu Baş Prokurorluğu və jurnalistin vəkili Uğur Poyraz məlumat yayıb.

Ötən gecə “prezidenti təhqir etmək” və “cinayət törətməyə təhrik etmək” ittihamları ilə saxlanılan tanınmış jurnalist Sedef Kabaş azadlığa buraxılıb.

Jurnalistin vəkili Uğur Poyraz sosial media hesabında bildirib ki, müvəkkili yanvarın 26-sı axşam saatlarında sosial şəbəkələrdəki üç paylaşımı ilə əlaqədar saxlanılaraq Anadolu Ədliyyə Sarayına gətirilib.

Yanvarın 27-də verdiyi ifadəsində Sedef Kabaş irəli sürülən ittihamları rədd edərək, sadəcə düşüncə və ifadə azadlığı hüququndan istifadə etdiyini vurğulayıb.

Prokurorluqdakı dindirmədən sonra o, məhkəməyə sövq edilib.

Məhkəmənin qərarı ilə jurnalist barəsində məhkəmə nəzarəti tədbiri seçilib.

Qərara əsasən, Sedef Kabaşın ölkədən çıxışına qadağa qoyulub və o, mütəmadi olaraq polis bölməsində qeydiyyatdan keçməlidir.

Bu şərtlərlə jurnalist sərbəst buraxılıb.

Xuraman Etibarlı

İnterpress.az