Kadırovun qan davası ilə hədələdiyi deputatlar Dövlət Dumasına GƏLMİRLƏR – FOTObackend

Kadırovun qan davası ilə hədələdiyi deputatlar Dövlət Dumasına GƏLMİRLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadırovun qan davası ilə hədələdiyi deputatlar Dövlət Dumasında görünmürlər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Məlumata görə, “Vahid Rusiya”nın üzvləri Bekhan Baraxoyev və Rizvan Kurbanov plenar iclaslara qatılmağı dayandırıblar.

Onlar oktyabrın 15 və 16-da Dövlət Dumasının iclaslarında iştirak etməyiblər.

Kadırovun qan davası siyahısında üçüncü şəxs olan senator Süleyman Kərimovun da harada olduğu məlum deyil.

“MarineTraffic” xidmətinin məlumatına görə, Kərimovun “Ice” adlı yaxtası hazırda Türkiyənin Marmaris şəhərində dayanır.

Bundan əvvəl Kadırov senator Kərimov və deputatlar Baraxoyev və Kurbanovla qan düşmənçiliyi elan edərək hədələyib, guya deputatlar ona qarşı sui-qəsd sifarişi veriblər.

Xuraman Etibarlı

İnterpress.az