İsrail vətəndaşı intiharçı hücumu planlaşdırdığı üçün həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
İsrail polisi və Şin Bet təhlükəsizlik xidməti ölkənin şimalında yəhudi dövlətinin ərazisində terror aktı törətməyi planlaşdıran 37 yaşlı Mahmud Hüseyn Məhəmməd Buşkarı həbs edib.
İstintaq zamanı məlum olub ki, o, hücumlarda istifadə etmək üçün partlayıcı kəmər hazırlamağı planlaşdırdığı müxtəlif avadanlıq və materiallar alıb.
Bundan əlavə, Buşkar kömək etmək üçün daha iki nəfəri cəlb etməyə çalışıb.
Xuraman Etibarlı
İnterpress.az