Kanada ölkə əhalisinin sayından dörd dəfə çox peyvənd sifariş etdibackend

Kanada ölkə əhalisinin sayından dörd dəfə çox peyvənd sifariş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada sifariş edilən koronavirus peyvəndlərinin sayına görə dünyada liderdir.

Kanadada 153,9 milyon insanın (ölkə əhalisinin 410 faiz) peyvənd olunması üçün peyvənd tədarükü barədə müqavilələr bağlanıb.

Sifariş olunmuş peyvəndlərin sayına görə ikinci yerdə Böyük Britaniya (əhalisinin 295 faizi peyvənd edilə bilər), üçüncü yerdə Avstraliyadır (əhalinin 269 faizi peyvənd edilə bilər).

Kanadada fərqli istehsalçıların, xüsusilə “Moderna” və “Pfizer/BioNTech” şirkətlərinin peyvəndlərindən istifadə ediləcək.

Ölkənin Baş naziri Castin Trüdo bildirib ki, gələn həftədən peyvəndləməyə başlaya bilərlər.

 

İnterpress.az