Kanada Suriyaya qarşı sanksiyaları YUMŞALTDIbackend

Kanada Suriyaya qarşı sanksiyaları YUMŞALTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Suriyaya qarşı sanksiyaları yumşaldıb.

İnterpress.az xəbər verir ki, bu barədə hökumətin rəsmi məlumatında deyilir. Qeyd olunur ki, ölkə Suriyaya 84 milyon dollar humanitar yardım ayırır və 6 ay müddətində mövcud sanksiyaların yumşaldılması istiqamətində addımlar atır.

Bəyanata görə, bu müddət ərzində istənilən kanadalı şəxs və ya qurum, o cümlədən ölkədən kənarda olanlar, “demokratikləşməni, sabitləşməni və Suriyaya və Suriya daxilində yardımın çatdırılmasını dəstəkləmək üçün” pul əməliyyatları və əlaqəli maliyyə xidmətləri həyata keçirə bilər.

Kanadalılara Kanada sanksiyaları altında olan yeddi dövlətə məxsus Suriya bankının iştirakı ilə bunu etməyə icazə verilir.

Bundan əlavə, Kanada Ömər Əlqabranı ölkənin Suriya üzrə yeni xüsusi nümayəndəsi təyin edib.

Xuraman Etibarlı

İnterpress.az