Kanadadakı türk icması: “Erməni diasporuna aldanmayın”backend

Kanadadakı türk icması: “Erməni diasporuna aldanmayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadadakı türk icmasına mənsub qeyri-hökumət təşkilatları Kanada hökumətini Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ böhranında erməni diasporuna aldanmamağa çağırıblar.

Kanada Türk Boyları Assambleyası (Turkic Assembly of Canada) Ermənistanın Dağlıq Qarabağa təcavüzünü kəskin şəkildə qınayıb.

Onlar Ermənistanın 30 ildir davam edən təcavüzkar yanaşmasının sabitliyə və Azərbaycanın ərazi bütövlüyünə ən böyük təhdid olduğunu qeyd edərək, Kanadanın Türkiyəyə hərbi texnika ixracatının dayandırılması ilə əlaqədar narazılıqlarını bildiriblər.

Türk mənşəli əhalinin Kanadanın təcavüzkarı mükafatlandırmaqdansa sülhə qatqısının gözlənildiyi bildirilib.

Bəyannamədə Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi və bir milyondan çox azərbaycanlının didərgin düşdüyü xatırladılıb və Kanadadan Ermənistanın dərhal bu torpaqlardan çəkilməsinə imkan verəcək həll yolu təklif etməsi istənilib.

Qeyd edilir ki, Ermənistan hücumları ilə Azərbaycanın enerji infrastrukturuna ziyan vurmağı hədəfləyir və bu hücumlar səbəbi ilə Azərbaycan üzərindən Avropaya gedən enerji ötürücü xətlər təhlükə altına düşür.

İnterpress.az