Kapitol yaxınlığında HƏYƏCAN: Taktiki jiletli silahlı gənc SAXLANILDIbackend

Kapitol yaxınlığında HƏYƏCAN: Taktiki jiletli silahlı gənc SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda Kapitol yaxınlığında əlində tüfəng olan 18 yaşlı gənc saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Vaşinqtonda Kapitol binası yaxınlığında əlində doldurulmuş tüfəng olan 18 yaşlı gənc saxlanılıb. Hadisə ötən axşam baş verib.

Məlumata görə, həmin şəxs avtomobildən qəfil düşərək kompleksin qərb tərəfinə doğru qaçmağa başlayıb. Lakin az sonra o, əlindəki silahı yerə ataraq könüllü şəkildə polis əməkdaşlarına təslim olub.

Kapitol polisinin rəisi Maykl Sallivan keçirdiyi mətbuat konfransında bildirib ki, şübhəli şəxs taktiki jilet və əlcək geyinibmiş.

Onun avtomobilində aparılan baxış zamanı isə əlavə olaraq dəbilqə və əleyhqaz aşkar edilib.

Tüfəngin dolu olduğu və gəncin üzərində xeyli sayda əlavə sursat tapıldığı vurğulanıb.

Hazırda istintaq hadisənin motivlərini və gəncin Konqres üzvlərinə qarşı hücum planlaşdırıb-planlaşdırmadığını araşdırır.

Sallivan əlavə edib ki, polisin çevik müdaxiləsi böyük bir faciənin qarşısını alıb.

Xuraman Etibarlı

İnterpress.az