Karantindən imtina İsveçdə iqtisadi möcüzə ilə nəticələnmədibackend

Karantindən imtina İsveçdə iqtisadi möcüzə ilə nəticələnmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantindən imtina İsveçdə iqtisadi möcüzə ilə nəticələnməyib.

Bu barədə “Bloomberg” xəbər yayıb.

Belə ki, İsveç iqtisadiyyatı üçüncü rübdə gözləniləndən daha az inkişaf edib, kronun məzənnəsi isə avroya nisbətdə aşağı düşüb.

ÜDM əvvəlki rüblə müqayisədə, 4,3 faiz artıb. Agentlik tərəfindən sorğu edilən iqtisadçılar 5 faiz artım proqnozlaşdırıblar.

İkinci rübdə iqtisadiyyat 8,6 faiz aşağı düşüb.

O da vurğulanır ki, 2020-ci ildə İsveç əksər ölkələrdə olduğu kimi, dərin tənəzzülə uğramayacaq, amma işgüzar fəallığın yavaşlamasının əlamətləri görünür.

Qeyd edək ki, İsveçdə koronavirusdən ölüm hadisələri qonşu ölkələrə nisbətən daha yüksəkdir. Son həftələrdə yeni xəstələrin sayı kəskin şəkildə artıb.

 

İnterpress.az