Katz bütün Qəzza sakinlərini HƏMAS-a qarşı etiraz etməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsraill mediası məlumat yayıb.
“İsrail ordusu tezliklə Qəzzanın əlavə ərazilərində güclü əməliyyatlar keçirməyə başlayacaq və siz evakuasiya etməli və getdikcə daha çox ərazi itirməli olacaqsınız.
Planlar artıq hazırdır və təsdiqlənib. Beyt Lahia sakinlərindən öyrənin. Həmas-ın Qəzzadan çıxarılmasını tələb edin və bu, müharibəni dayandırmağın yeganə yoludur”, – İsrailin müdafiə naziri İsrael Katz deyib.
Eyni zamanda, HƏMAS etirazlarla bağlı rəsmi açıqlama verib və onların baş tutmasına “dəstək” ifadə edib.
İsrail mənbələri qeyd edir ki, bu yolla təşkilat “diqqəti özündən yayındırmağa” çalışır ki, guya bu nümayişlər İsrailin müharibəni dayandırması və humanitar yardım idxalı tələbi ilə bağlıdır.
Xuraman Etibarlı
İnterpress.az