“Keçəl və daz kişilər düşünür ki, artıq xanımlar onları bəyənməyəcək” – Psixoloqbackend

“Keçəl və daz kişilər düşünür ki, artıq xanımlar onları bəyənməyəcək” – Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçəl və daz kişilər, yaşından asılı olmayaraq, saç əkdirməyə meyillidir. Hətta yaşlı nəsil bu meyildə cavanlardan irəlidə gedir.

“Bu komplekslə bağlı məsələdir”.

“Son 10-15 ilə nəzər salsaq, insanların psixologiyasında ciddi dəyişikliklər olduğunu görə bilərik. Eyni zamanda, insanlar müxtəlif komplekslərə qapılıblar. Əvvəllər yalnız məşhurlar bu cür prosedurlara üz tutrdular. Amma indi sıravi vətəndaşlar da onlardan geri qalmırlar.

Bunun bir səbəbi sosial şəbəkələrin yaranması, Azərbaycanın dünyaya açılması, başqa ölkələrlə əlaqələrin qurulması, insanların səyahət edib gəzib-görməsi oldu.

Bir sözlə, ətrafda olan insanlar komplekslərimizin yaranmasına səbəb olur. Çünki cəmiyyətimizdə baxımsız insan hər zaman tənqid atəşinə tutulur”.

Psixoloq bəzi insanların məcburiyyət səbəbindən bu yola əl atdığını qeyd edib:

“Kişilər müəyyən zamanlarda saç əkimini məcburiyyətdən edirlər. Pis qarşılanmamaq, pis görünməmək üçün. Toplum psixologiyası, insanların yanaşması və təzyiqi onları buna məcbur edir. Məsələn, saçı az olan biri insanlar üçün sempatik görsənmir, çünki insanların zövqü standartlaşıb”.

Cəmiyyətdə bəzi düşüncələr var ki, kişilər 40-50 yaşdan sonra yeni sevgi axtarışında olurlar və özlərini gəncləşdirmək istəyirlər.

Vəfa Rəşidova bununla bağlı deyir: “Bu məsələdə doğruluq var. Çünki elmdə, psixologiyada aşkarlanmış bir əsasdır. Bu mövzu üzərində illərlə alimlər araşdırma aparıb. 40-50 yaş arası kişilərdə kəskin, aqressiv kompleks yaranır ki, yaşlanıram, aradan çıxıram, formada deyiləm və s. Düşünürlər ki, artıq xanımlar onları bəyənməyəcək. Bu kompleksləri kişilər çox kəskin formada yaşayırlar. Həmin dönəmlərdə ailə daxili münaqişələr də yaşanır”.