Keçmiş assosiasiya sədri cinsi zorakılıqda İTTİHAM EDİLİRbackend

Keçmiş assosiasiya sədri cinsi zorakılıqda İTTİHAM EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə keçmiş assosiasiya rəhbəri 7 nəfərə qarşı cinsi zorakılıqda ittiham olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İslam Könüllü Yardım və Xidmət Assosiasiyasının 71 yaşlı keçmiş sədri A.Ç. assosiasiyanın fəaliyyəti çərçivəsində 6 qadına və 18 yaşdan kiçik bir qıza qarşı sistemli cinsi zorakılıq törətməkdə ittiham olunur.

İttihama görə, A.Ç. zərərçəkmiş qadınlara “Siz xeyirxah iş görürsünüz” deyərək onları aldadıb və bu yolla cinsi xarakterli zorakılıq hərəkətləri törədib.

Cinayət işi üzrə növbəti məhkəmə iclası sentyabrın 22-nə təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs barəsində irəli sürülən ittihamlar məhkəmə tərəfindən hələ hüquqi qiymətləndirilməyib və onun təqsiri yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilə bilər.

Xuraman Etibarlı

İnterpress.az