Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunubbackend

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1993-cü ildə Kəlbəcərdə itkin düşmüş Zeynalova Təranə (Əsmayə) Davud qızının nəşinin qalıqları ailəsinə təhvil verilib.

İnterpress.az xəbər verir ki, Təranə Davudovanın nəşinin qalıqları Bərdə rayonunda yerləşən keçmiş məcburi köçkün qəsəbəsinə gətirilib.

Burada şəhidlə vida mərasimi keçirilib.

Şəhidin nəşinin qalıqları Bərdə Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Təranə (Əsmayə) Davud qızı Zeynalova 1970-ci ildə Kəlbəcərdə anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində, “Tunel” deyilən yerdə qardaşları Məhəmməd, Nizami və Farizlə birgə itkin düşüb.

Onun nəşinin qalıqları Laçının Malıbəy kəndi istiqamətində tapılıb.