Müştəri aşpazı kələm üstündə döydü, yoldan keçənlər isə müştərini.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Rusiyanın Ufa şəhərində dönər satılan köşkdə müştəri aldığı yeməyin tərkibindəki kələmin miqdarından narazı qalıb. Əsəblərini cilovlaya bilməyən şəxs mətbəx maşasını götürərək aşpaza hücum çəkib və onu döyməyə başlayıb.
Hadisə yerində olan qadın əvvəlcə kənardan baş verənləri izləsə də, daha sonra küçədən keçən insanları köməyə çağırıb.
Qadının səsinə gələn şəxslər isə dərhal hadisəyə müdaxilə ediblər. Lakin onlar aşpaza kömək etməklə kifayətlənməyib, dava salan narazı müştərini döyməyə başlayıblar.
Xuraman Etibarlı
İnterpress.az






