Keniyada qanunsuz hərbi təlim keçirən 4 xarici ölkə vətəndaşı saxlanılıbbackend

Keniyada qanunsuz hərbi təlim keçirən 4 xarici ölkə vətəndaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniya polisinin keçirdiyi əməliyyatda qeyri-qanuni hərbi təlim keçirən 4 xarici ölkə vətəndaşı saxlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yerli mətbuatda yer alan xəbərə görə, Keniya polisi paytaxt Nayrobidə bir oteldə qeyri-qanuni hərbi təlim keçdiyi təsbit edilən 4 nəfərə qarşı əməliyyat keçirib.

Polis ölkəyə turist vizası ilə daxil olan 2 Kamerun, 1 Nigeriya və 1 Toqo vətəndaşının dini qurum olan “Connacce International Chaplain” damı altında hərbi təlim keçdiyini bildirib.

Məhkəməyə çıxarılan 4 əcnəbi vətəndaş zaminə buraxılıb.

Məhkəmə prokurorun bu şəxsin cinayətlərinin araşdırılması üçün 5 gün müddətinə həbsdə saxlanması barədə vəsatətini təmin etməyib və işə sentyabrın 20-də baxılmasına qərar verib.

Keniya polisi ölkədə qeyri-qanuni fəaliyyətlə məşğul olan əcnəbilərə qarşı əməliyyatlar keçirir.