Baqrat Qalstanyan xəstəxanaya yerləşdirilib.
interpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirilir ki, erməni keşiş Baqrat Srbazan “İzmirlyan” xəstəxanasındadır.
“Bu, həddindən artıq gərginliyin nəticəsidir”, – məlumatda deyilir.
Təxribatçı keşiş sağalmaq və sentyabr görüşlərinə hazırlaşmaq üçün bir neçə gün xəstəxanada qalacaq.
Qeyd edək ki, Baqrat Srbazan aprel ayından əvvəl Tavuş bölgəsində, daha sonra isə İrəvanda və Ermənistanın müxtəlif bölgələrində aksiyalar, yürüşlər keçirir, tərəfdarları ilə mitinqlər keçirir.