Kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıbbackend

Kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda kirayə yaşadığı evdən 3 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3 min manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail RPİ 41-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.